Prezident İlham Əliyev və xanımı Avropa Oyunları Parkının açılışında iştirak ediblər

Prezident İlham Əliyev və xanımı Avropa Oyunları Parkının açılışında iştirak ediblər Dövlət başçısı parkın rəmzi açılışını bildirən lenti kəsib
Daxili siyasət
13 May , 2015 12:50
Prezident İlham Əliyev və xanımı Avropa Oyunları Parkının açılışında iştirak ediblər

Bakı. 13 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və qızı Arzu Əliyeva Avropa Oyunları Parkının açılışında iştirak ediblər. "Report" xəbər verir ki, dövlət başçısı parkın rəmzi açılışını bildirən lenti kəsib.

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Prezidentinə və xanımına məlumat verib ki, Avropa Oyunları Parkı su polosu, çimərlik voleybolu, çimərlik futbolu və basketbol yarışları üçün nəzərdə tutulub. Park üç idman qurğusundan və dörd funksional zonadan ibarətdir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parkda görülən işlərlə tanış olublar.

Sonra dövlət başçısı və xanımı parkın ərazisində Oyunlar zamanı Avropadan olan rəsmi və texniki heyətə xidmət göstərəcək taksilərə baxıblar.

Son xəbərlər

Orphus sistemi