Prezident İlham Əliyevin Ağsu rayonuna səfəri başlayıb

Prezident İlham Əliyevin Ağsu rayonuna səfəri başlayıb Dövlət başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub
Daxili siyasət
29 Aprel , 2016 12:56
Prezident İlham Əliyevin Ağsu rayonuna səfəri başlayıb

Bakı. 29 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev aprelin 29-da Ağsu rayonuna səfərə gedib. 

"Report" xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev məlumat verib ki, ulu öndərin abidəsinin ucaldıldığı Heydər Əliyev Parkında geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Park rayon sakinlərinin sevimli istirahət mərkəzlərindən birinə çevrilib.

Son xəbərlər

Orphus sistemi