Prezident İlham Əliyev “Ağ şəhər-1” elektrik yarımstansiyasının açılışında iştirak edib

Prezident İlham Əliyev “Ağ şəhər-1” elektrik yarımstansiyasının açılışında iştirak edib Dövlət başçısı yarımstansiyanın ayrı-ayrı sahələrində yaradılan şəraitlə tanış olub
Daxili siyasət
9 Fevral , 2015 13:02
Prezident İlham Əliyev “Ağ şəhər-1” elektrik yarımstansiyasının açılışında iştirak edib

Bakı. 9 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xətai rayonu ərazisində yeni inşa olunmuş 110/35/6 kV-luq “Ağ şəhər-1” elektrik yarımstansiyasının açılışında iştirak edib. “Report”un xəbərinə görə, “Bakıelektrikşəbəkə” ASC-nin idarə heyətinin sədri Baba Rzayev “Ağ şəhər-1” yarımstansiyası, həmçinin yeni inşa edilən digər 110 kV-luq “Həzi Aslanov”, “Kürdəxanı”, eləcə də 35 kV-luq 7 elektrik yarımstansiyası barədə Prezident İlham Əliyevə məlumat verib.

Dövlət başçısı dispetçer idarəetmə mərkəzindən “Ağ şəhər-1” yarımstansiyanı işə salıb. Prezident İlham Əliyev yarımstansiyanın ayrı-ayrı sahələrində yaradılan şəraitlə tanış olub.

Son xəbərlər

Orphus sistemi