Yuxarı

Dövlət sektoru daxilində kağız daşıyıcılardan istifadənin aradan qaldırılması üçün nəzərdə tutulan müddət uzadılıb

Prezident fərman imzaladı

Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycanda dövlət sektoru daxilində yazışmaların tamamilə elektronlaşdırılması və kağız daşıyıcılardan istifadənin aradan qaldırılması üçün nəzərdə tutulan müddət 1 il uzadılıb.

“Report” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanla dövlət sektoru daxilində yazışmaların tamamilə elektronlaşdırılması və kağız daşıyıcılardan istifadənin aradan qaldırılması müddəti 2020-ci ilədək uzadılıb. 

Bu xidmətin əsas icraçıları sırasına Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də əlavə edilib.

İndiyədək bu xidməti yalnız Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi icra edirdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi