Yuxarı

Prezident “Azərsu” ASC-yə 10,1 milyon manat ayırıb

Prezident “Azərsu” ASC-yə 10,1 milyon manat ayırıb
Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev “Abşeron yarımadasında magistral su kəmərləri və qurğularının inşası ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə (ASC) 10,1 milyon manat vəsait ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi