​Prezident Administrasiyasının nümayəndələri vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüş keçirəcək - EKSKLÜZİV

​Prezident Administrasiyasının nümayəndələri vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüş keçirəcək - EKSKLÜZİV Növbəti iqtidar-müxalifət görüşünün təşkil edilməsi isə gündəmdə deyil
Daxili siyasət
26 May , 2016 16:46
​Prezident Administrasiyasının nümayəndələri vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüş keçirəcək - EKSKLÜZİV

Bakı. 26 may. REPORT.AZ/ Azərbaycan Prezident Administrasiyasının nümayəndələri vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüş keçirəcək.

"Report"un əldə etdiyi məlumata görə, görüşün tarixi yaxın günlərdə açıqlanacaq. Hazırda bu istiqamətdə iş aparılır.

Məlumata görə, növbəti iqtidar-müxalifət görüşünün təşkil edilməsi isə gündəmdə deyil.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev "Report"a açıqlamasında deyib ki, üç həftə öncə 10-dan çox qeyri-hökumət təşkilatı Prezident Administrasiyasına müraciət edib: "Müraciətdə konkret məsələlərərin müzakirəsi üçün görüş keçirilməsi xahiş olunub. Yəqin ki, bu müraciətə müsbət cavab veriləcək".

Son xəbərlər

Orphus sistemi