Prezident Administrasiyası rəhbərinin müavini: “Nöqsanlar var və biz bunu bilirik”

Prezident Administrasiyası rəhbərinin müavini: “Nöqsanlar var və biz bunu bilirik” “Ona görə də problemlərin aradan qaldırılması istiqamətində işlər aparırıq”
Daxili siyasət
4 Fevral , 2016 14:17
Prezident Administrasiyası rəhbərinin müavini: “Nöqsanlar var və biz bunu bilirik”

Sumqayıt. 4 fevral. REPORT.AZ/ “Azərbaycanda Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət özünə məxsusluğu ilə seçilir. Dövlət başçısı dəfələrlə deyib ki, hakimiyyətlə xalq arasında sıx birlik yaranmalıdır. Bu, əslində belədir, xalq hakimiyyətlə bir yerdədir”. “Report”un xəbərinə görə, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

O bildirib ki, dövlət başçısının yürütdüyü siyasət nəticəsini verməkdədir: “Prezidentin dediyi kimi, məmurlar xalqın problemləri ilə maraqlanmalı, onları həll etməlidir. Bu səbəbdən hökumət nümayəndələri bölgələrdə görüşlər keçirir, vətəndaşların irad və təkliflərini dinləyirlər”.

Z.Nağdəliyev qeyd edib ki, Azərbaycan nailiyyətlər əldə edib, hazırda da bu, davam etməkdədir: “Düzdür, nöqsanlar var və biz bunu bilirik. Ona görə də problemlərin aradan qaldırılması istiqamətində işlər aparırıq”.

Son xəbərlər

Orphus sistemi