Polis idarəsi mühasib vəzifəsinə qadınların işə qəbulu üçün müsabiqə elan edib

Polis idarəsi mühasib vəzifəsinə qadınların işə qəbulu üçün müsabiqə elan edib Gəncə. 22 fevral. REPORT.AZ/ Gəncə Şəhər Baş Polis İdarəsi (GŞBPİ) vakant olan sıravi və kiçik rəis heyəti üzrə mühasib vəzifəsinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.
Daxili siyasət
22 Fevral , 2018 17:49
Polis idarəsi mühasib vəzifəsinə qadınların işə qəbulu üçün müsabiqə elan edib

Gəncə. 22 fevral. REPORT.AZ/ Gəncə Şəhər Baş Polis İdarəsi (GŞBPİ) vakant olan sıravi və kiçik rəis heyəti üzrə mühasib vəzifəsinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.

Bu barədə "Report"un Qərb bürosuna idarədən məlumat verilib. 

Müsabiqədə dövlət ali və orta ixtisas təhsil müəssisələrini mühasibat, iqtisadiyyat və maliyyə ixtisasları üzrə bitirmiş, yaşı 25-dək, boyu 160 santimetrdən yuxarı, özü və yaxın qohumları məhkum olunmamış, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən, Gəncə şəhərində qeydiyyatda olan və yaşayan qadınlar iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxlər 2018-ci ilin fevral ayının 20-dən mart ayının 20-dək şəxsiyyət vəsiqəsi və təhsil haqqında diplomu Gəncə Şəhər Baş Polis İdarəsinə təqdim etməlidirlər.

Əlavə məlumat almaq istəyənlər Gəncə Şəhər Baş Polis İdarəsinin Kadrlar şöbəsinə müraciət edə bilərlər.

Ünvan: Gəncə şəhəri, H.Ə.Hüseynzadə küçəsi №5.

Əlaqə telefonları: (022) 256-12-74; (022) 256-80-38.

Son xəbərlər

Orphus sistemi