BŞİH-da ”Heydər Əliyev Müstəqil Azərbaycanın memarıdır” mövzusunda konfrans keçirilib

BŞİH-da ”Heydər Əliyev Müstəqil Azərbaycanın memarıdır” mövzusunda konfrans keçirilib Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) iclas zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan ”Heydər Əliyev Müstəqil Azərbaycanın memarıdır” mövzusunda elmi-praktik konfrans keçirilib.
Daxili siyasət
1 May , 2019 13:50
BŞİH-da ”Heydər Əliyev Müstəqil Azərbaycanın memarıdır” mövzusunda konfrans keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) iclas zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan ”Heydər Əliyev Müstəqil Azərbaycanın memarıdır” mövzusunda elmi-praktik konfrans keçirilib.

İcra Hakimiyyətindən "Report"a verilən məlumata görə, əvvəl ulu öndərin gənclərə qayğısından bəhs edən video-çarx nümayiş etdirilib. 

Paytaxt gənclərinin bütün zümrələrini əhatə edən gənclərin nümayəndələri, Bakı şəhər idarələrinin, bir sıra ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış idmançıların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən elmi-praktik konfransıda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Azərbaycanın inkişafı və bütün dünyada tanınmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, eləcə də onun gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb. 

O bildirib ki, ölkədə həyata keçirilən dövlət gənclər siyasəti dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır: "Ümummilli lider ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə sağlam düşüncəli gənc nəslin yetişdirilməsini, gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini diqqət mərkəzində saxlayıb". 

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev ulu öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan gənclər siyasətinin uğurlarından danışıb. 

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bildirib ki, Azərbaycanda dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir.

Daha sonra elmi-praktik konfransın məruzələri dinlənilib. 

Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin II kurs tələbəsi Ayşən Bayramova konfrans iştirakçılarının bəyanatını oxuyub.

Konfransın sonunda tədbirdə çıxış edən və müxtəlif sahələr üzrə məruzələr hazırlamış digər gənclərin işlərinin kitab şəklidə çap olunması qərara alınıb.

Son xəbərlər

Orphus sistemi