​YAP rəhbərliyi Fəxri xiyabanda partiyanın qurucusu Heydər Əliyevin məzarını ziyarət edib

​YAP rəhbərliyi Fəxri xiyabanda partiyanın qurucusu Heydər Əliyevin məzarını ziyarət edib Yeni Azərbaycan Partiyasının yaranmasından 23 il ötür
Daxili siyasət
21 Noyabr , 2015 11:58
​YAP rəhbərliyi Fəxri xiyabanda partiyanın qurucusu Heydər Əliyevin məzarını ziyarət edib

Bakı. 21 noyabr. REPORT.AZ/ Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasından 23 il ötür.

"Report" xəbər verir ki, bu münasibətlə YAP rəhbərliyi Fəxri xiyabanda partiyanın qurucusu Heydər Əliyevin məzarını ziyarət edib.

YAP sədrinin və baş nazirin müavini Əli Əhmədov, Prezident Administrasiyasının (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, YAP sədrinin müavini, AMEA prezidenti Akif Əlizadə, PA rəhbərinin müavini Novruz Məmmədov, PA-nın Hüquq-mühafizə orqanları ilə şöbəsinin müdiri Fuad Ələsgərov, YAP icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, YAP icra katibinin müavini Siyavuş Novruzov, Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradova, deputatlar və ictimaiyyət nümayəndələri Heydər Əliyevin məzarı önünə əklil, akademik Zərifə Əliyevanın məzarı önünə gül dəstələri qoyublar.

Son xəbərlər

Orphus sistemi