PA nümayəndəsi: "Azərbaycan seçki qanunvericiliyinə görə dünyanın ən qabaqcıl ölkələrindən biridir"

PA nümayəndəsi: "Azərbaycan seçki qanunvericiliyinə görə dünyanın ən qabaqcıl ölkələrindən biridir" Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində namizədlərin seçki təbliğatı ilə bağlı 2837 yer müəyyən edilib
Daxili siyasət
8 Dekabr , 2014 12:49
PA nümayəndəsi: Azərbaycan seçki qanunvericiliyinə görə dünyanın ən qabaqcıl ölkələrindən biridir

Bakı. 8 dekabr.REPORT.AZ/ “Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində namizədlərin seçki təbliğatı ilə bağlı 2837 yer müəyyən edilib. Bu yerlərin 1436-sı qapalı, qalanı isə açıqdır”.

"Report"un məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş üzrə şöbəsinin müdir müavini Hüseyn Mövsümov “Seçki prosesində yerli icra hakimiyyətləri və Dairə Seçki Komissiyalarının səlahiyyət və vəzifələri” sessiyasında çıxışı zamanı deyib. O bildirib ki, qapalı  yerlərin 53-ü Bakıdadır.

H.Mövsümov deyib ki, bu gün Azərbaycan dünyanın mədəni mərkəzi kimi tanınıb: “Son 10 ildə seçki qanunvericiliyi təkmilləşdirilib. Buna görə də beynəlxalq müşahidəçilər seçkilərin tam şəffaf keçirildiyini qeyd ediblər. Azərbaycan seçki qanunvericiliyinə görə dünyanın ən qabaqcıl ölkələrindən biridir. DSK-lar müasir dünya standartlarına cavab verir, bu da seçkilərin keçirilməsi üçün şərait yaradır”.

Son xəbərlər

Orphus sistemi