PA-nın şöbə müdiri: "AXCP-Müsavat iqtidarı Avropa və ümumbəşəri dəyərlərlə bir araya sığmayan siyasət həyata keçirirdi”

PA-nın şöbə müdiri: "AXCP-Müsavat iqtidarı Avropa və ümumbəşəri dəyərlərlə bir araya sığmayan siyasət həyata keçirirdi” “1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan olduqca ağır bir vəziyyətlə üzləşmişdi. Bu, hər bir yeni dövlətin üzləşdiyi adi siyasi, sosial, iqtisadi problemlərlə dolu vəziyyət deyildi. Azərbaycan qonşu Ermənistanın təcavüzünə məruz qalmışdı, torpaqları işğal olunmuşdu. Ölkə müharibə vəziyyətində olsa da, nizami ordu mövcud deyildi. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması haqqında qərar qəbul olunsa da, bu, sadəcə olaraq kağız üzərində qalmışdı. Digər tərəfdən, ölkədə vətəndaş müharibəsi təhlükəsi, milli zəmində separatçılıq meyilləri mövcud idi. Cinayətkarlıq dövlətin əsasları üçün təhlükə yarada biləcək səviyyəyə çatmışdı. Ölkədə çox səriştəsiz bir rəhbərlik var idi”.
Daxili siyasət
4 May , 2019 10:15
PA-nın şöbə müdiri: AXCP-Müsavat iqtidarı Avropa və ümumbəşəri dəyərlərlə bir araya sığmayan siyasət həyata keçirirdi”

“1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan olduqca ağır bir vəziyyətlə üzləşmişdi. Bu, hər bir yeni dövlətin üzləşdiyi adi siyasi, sosial, iqtisadi problemlərlə dolu vəziyyət deyildi. Azərbaycan qonşu Ermənistanın təcavüzünə məruz qalmışdı, torpaqları işğal olunmuşdu. Ölkə müharibə vəziyyətində olsa da, nizami ordu mövcud deyildi. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması haqqında qərar qəbul olunsa da, bu, sadəcə olaraq kağız üzərində qalmışdı. Digər tərəfdən, ölkədə vətəndaş müharibəsi təhlükəsi, milli zəmində separatçılıq meyilləri mövcud idi. Cinayətkarlıq dövlətin əsasları üçün təhlükə yarada biləcək səviyyəyə çatmışdı. Ölkədə çox səriştəsiz bir rəhbərlik var idi”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri, hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Fuad Ələsgərov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib.

F.Ələsgərov qeyd edib ki, heç bir idarəçilik təcrübəsi olmayan, öz siyasətini yalnız populizm üzərində quran, təsadüfi insanlardan ibarət olan AXCP-Müsavat rəhbərliyi ölkənin onsuz da ağır durumunu bir qədər də mürəkkəbləşdirirdi: “Belə bir vəziyyətdə yalnız müstəsna bir hadisə Azərbaycan dövlətini məhv olmaqdan xilas edə bilərdi. Xoşbəxtlikdən, belə bir hadisə baş verdi. 1993-cü ildə Azərbaycan xalqı çox müdrik qərar qəbul edərək, mövcud durumda ölkəni xilas edə biləcək yeganə şəxsiyyəti, ulu öndər Heydər Əliyevi ölkə rəhbərliyinə gətirdi. Ümummilli liderin 1994-cü il avqustun 9-da imzaladığı "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” fərmanla ölkədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin uğurlu başlanğıcı qoyuldu. AXCP-Müsavat iqtidarı dövründən insanların qanunsuz olaraq saxladığı on minlərlə odlu silah və sursat qısa müddət ərzində yığıldı, yüzlərlə cinayətkar dəstə zərərsizləşdirildi, bir çox təhlükəli və xüsusilə ağır cinayətlərin, o cümlədən dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Təsəvvür edin ki, hətta Xalq Cəbhəsi partiyasının yerləşdiyi binada belə xeyli sayda silah və sursat aşkar edilmişdi. Ulu öndərin rəhbərliyi ilə cinayətkarlıqla mübarizə sahəsində həyata keçirilmiş fəaliyyətin nəticələri bu gün hamımızın gözü önündədir. Azərbaycan Prezidenti İlham Əliyevin sözləri ilə desək, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən, Bakı isə ən təhlükəsiz şəhərlərindən birinə çevrilib”.

O vurğulayıb ki, ölkədə inkişaf üçün əsas amil olan siyasi sabitlik və əmin-amanlıq mövcuddur: “Kriminogen vəziyyət tam nəzarət altındadır. Hələ 1993-cü ildə ümummilli lider Heydər Əliyev ölüm hökmünün icrasına moratorium qoyulması təşəbbüsü ilə çıxış etmişdi. Ulu öndər hesab edirdi ki, məhkəmə hökmü ilə insanın həyatdan məhrum edilməsi qeyri-insani tədbirdir. 1998-ci ildə isə Azərbaycanda ölüm hökmü tamamilə ləğv olundu. Bu, çox tarixi bir qərar idi. Yaxşı xatirimdədir, bu qərardan qısa müddət sonra ölkəmizə səfərə gəlmiş avropalı nümayəndələrə ümummilli lider bu barədə məlumat verəndə onlar eşitdiklərinə hətta inanmadılar. Bu dövrdə ölkədə əfv və amnistiya institutları bərpa edildi və on minlərlə insan azadlığa qovuşdu. Bununla Azərbaycan dövləti insanpərvərlik və ədalət prinsiplərinə sadiq olduğunu bir daha nümayiş etdirdi. Bu da çox vacib idi. Əvvəlki AXCP-Müsavat iqtidarı dövründə əfv və amnistiya kimi institutlardan imtina edilmişdi. Ölüm cəzası icra edilirdi. Bu gün hələ də müxalifətin siyasi səhnəsində olan həmin insanlar Avropa dəyərlərindən danışırlar. Lakin hakimiyyətdə olan zaman onlar nəinki Avropa dəyərləri, ümumiyyətlə, ümumbəşəri dəyərlərlə bir araya sığmayan siyasət həyata keçirirdilər”.

Son xəbərlər

Orphus sistemi