Ötən il prokurorluq orqanlarının 58 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib

Ötən il prokurorluq orqanlarının 58 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib 2016-cı ildə 9 əməkdaş prokurorluq orqanlarından xaric olunub
Daxili siyasət
4 Fevral , 2017 17:14
Ötən il prokurorluq orqanlarının 58 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib

Bakı. 4 fevral. REPORT.AZ/ 2016-cı ildə icra və əmək intizamının pozuntusuna, işində və xidmətdən kənar fəaliyyətində kobud qanunsuzluqlara yol verdiklərinə görə 58 əməkdaş intizam məsuliyyətinə cəlb edilməklə, prokurorluq işçisinə yaraşmayan və prokurorluqda xidmətlə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə 9 əməkdaş prokurorluq orqanlarından xaric olunub. 

Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bunu fevralın 4-də Azərbaycan Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon və şəhər, ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2016-cı ildə “Prokurorluq haqqında” qanunda nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə görülən işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş kollegiya iclasında baş prokuror Zakir Qaralov deyib.

O bildirib ki, Baş Prokurorluğun Təşkilat-analitik və Kadrlar idarələri, habelə Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının müvafiq qurumları, habelə bütün strukturların rəhbərləri və tabe prokurorlardan, bundan sonra da neqativ təzahürlərə qarşı barışmaz mübarizə xəttinin qətiyyətlə davam etdirilməsi, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi məsələlərində prinsipiallığın daha da artırılması tələb edilib.

Son xəbərlər

Orphus sistemi