Ötən il Naxçıvanda qanunvericiliyin tələblərini pozan əcnəbilərin ümumi sayı açıqlanıb

Ötən il Naxçıvanda qanunvericiliyin tələblərini pozan əcnəbilərin ümumi sayı açıqlanıb Ötən il Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozan 202 əcnəbi aşkarlanıb.
Daxili siyasət
11 Yanvar , 2020 06:50
Ötən il Naxçıvanda qanunvericiliyin tələblərini pozan əcnəbilərin ümumi sayı açıqlanıb

Ötən il Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozan 202 əcnəbi aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə muxtar respublikanın Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev bildirib.

O, qeyd edib ki, əcnəbilərdən 197-si barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla cərimə inzibati tənbeh növü tətbiq edilib, 56 nəfər tətbiq edilən cəriməni ödəmədiyindən ölkə ərazisinə girişinə müvəqqəti məhdudiyyət qoyulub.

2019-cu il ərzində qanunvericiliyin tələblərini pozmuş və ölkə hüdudlarından kənara çıxarılması nəzərdə tutulmuş 1 əcnəbi öz ərizəsi əsasında 3 azyaşlı övladı ilə birgə könüllü olaraq xidmətin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi