Ötən il maliyyə hesabatında nöqsan aşkarlanan QHT-lərin sayı açıqlanıb

Ötən il maliyyə hesabatında nöqsan aşkarlanan QHT-lərin sayı açıqlanıb QHT Şurası bu il sonuncu dəfə həmin təşkilatlarına güzəşt edib
Daxili siyasət
26 Yanvar , 2018 11:36
Ötən il maliyyə hesabatında nöqsan aşkarlanan QHT-lərin sayı açıqlanıb
Azay Quliyev

Bakı. 26 yanvar. REPORT.AZ/ Ötən il 131 qeyri-hökumət təşkilatının maliyyə hesabatında nöqsanlar aşkar edilib.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarna Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev deyib.

Onun sözlərinə görə, QHT-lərə Dövlət Dsətəyi Şurası bu il sonuncu dəfə həmin təşkilatlarına güzəşt edib: “Ötən il 500-dən çox QHT-nin layihələri dəstəklənib. Bu layihələrdən təxminən 80 min Azərbaycan vətəndaşı yararlanıb. 400-ə qədər çap məhsulu hazırlanıb. 100-ə qədər film, video çarx hazırlanıb”.

Şura sədri QHT-lərə ayrılan vəsaitlərin azlığından da danışıb: “Ölkədə təxminən 4 min QHT var. QHT-lər üçün ayrılan fond isə ümumilikdə 5 mln. manatdır. Bunu sadə riyazi hesblama ilə hesalasaq hər bir QHT-yə 1000 manat civarında vəsait düşür. Mən bunu Milli Məclisdə də qaldırmışam. Hesab edirəm ki, bu məsələyə növbəti ildən yenidən baxılmalıdır”.

Son xəbərlər

Orphus sistemi