Ötən il korrupsiya cinayətlərinə görə 79 milyon manata yaxın əmlak üzərinə həbs qoyulub

Ötən il korrupsiya cinayətlərinə görə 79 milyon manata yaxın əmlak üzərinə həbs qoyulub 2016-cı ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 480 cinayət işinin ibtidai istintaqı aparılıb
Daxili siyasət
16 Yanvar , 2017 10:20
Ötən il korrupsiya cinayətlərinə görə 79 milyon manata yaxın əmlak üzərinə həbs qoyulub

Bakı. 16 yanvar. REPORT.AZ/ Ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 480 cinayət işinin ibtidai istintaqı aparılıb. 

"Report" xəbər verir ki, bunu Baş İdarənin rəisi Kamran Əliyev keçirdiyi mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, onlardan dövlət və özəl sektorda çalışan 313 vəzifəli şəxs barəsində 201 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyati məhkəmələrə göndərilib. 

K.Əliyev qeyd edib ki, hazırda Baş İdarənin İstintaq idarəsinin icraatında 116 cinayət işi üzrə istintaq davam etdirilir. Həmin cinayət işlərindən 110 şəxs barəsində 62 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə, 61 şəxs barəsində 56 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dələduzluq, 34 şəxs barəsində 24 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və aşma, 52 şəxs barəsində 10 iş rüşvət alma, 17 şəxs barəsində 14 iş rüşvət vermə, 3 şəxs barəsində 3 iş vəzifə saxtakarlığı, 1 şəxs barəsində 1 iş səhlənkarlıq, 35 şəxs barəsində 31 iş isə digər faktlarla bağlı olub. 

Məhkəmələrə göndərilən cinayət işləri üzrə vurulan 202 milyon 629 manat məbləğində ziyanın 33 milyon 249 manat və ya 16,6 %-nin ödənilməsi təmin edilib, qalan ziyanın ödənilməsi məqsədilə 78 milyon 283 manat məbləğində əmlak üzərinə həbs qoyulub. 

Son xəbərlər

Orphus sistemi