Bakı Şəhər Prokurorluğuna ötən il 15 542 müraciət daxil olub

Bakı Şəhər Prokurorluğuna ötən il 15 542 müraciət daxil olub Həmin müraciətlərdən 3 161-nə baxılaraq həll edilib
Daxili siyasət
13 Yanvar , 2017 17:14
Bakı Şəhər Prokurorluğuna ötən il 15 542 müraciət daxil olub

Bakı. 13 yanvar. REPORT.AZ/ Bakı Şəhər Prokurorluğuna ötən il 15 542 müraciət daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bunu Bakı şəhər prokuroru Əziz Seyidov 2016-cı ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş əməliyyat müşavirəsində deyib.

Onun sözlərinə görə, həmin müraciətlərdən 3 161-nə baxılaraq həll edilib, о cümlədən 1 482 müraciət təmin edilib, şəhər prokurorluğunda isə ümumilikdə 2 576 vətəndaş qəbul edilib.

Son xəbərlər

Orphus sistemi