Ötən il Azərbaycanda insan alveri ilə bağlı 166 cinayət aşkar edilib

Ötən il Azərbaycanda insan alveri ilə bağlı 166 cinayət aşkar edilib Heydər Heydərov: "İnsan alveri ilə bağlı cinayətlərin sayı azdır və ümumi cinayət sayının heç bir faizini təşkil etmir"
Daxili siyasət
12 İyun , 2017 11:37
Ötən il Azərbaycanda insan alveri ilə bağlı 166 cinayət aşkar edilib

Bakı. 12 iyun. REPORT.AZ/ Ötən il Azərbaycanda insan alveri ilə bağlı 166 cinayət aşkar edilib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəhbəri Heydər Heydərov "Azərbaycanda insan alverinə qarşı mübarizədə milli imkanların gücləndirilməsi" mövzusunda baş tutan konfransda bildirib.

Onun sözlərinə görə, 12 il ərzində insan alveri işləri üzrə 486 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 1078 cinayət işi araşdırılıb, insan alverinin 761 qurbanı təsbit edilərək cəmiyyətə reinteqrasiya olunub.

H.Heydərov qeyd edib ki, Azərbaycanda həmişə insan alverinə qarşı mübarizə məsələsinə ciddi yanaşılıb və bu cür cinayətlərə qarşı sistemli mübarizə aparılıb.

"Bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq daim nəzarəti altındadır", - idarə rəhbəri bildirib.

Eyni zamanda, o vurğulayıb ki, Azərbaycanda insan alveri ilə bağlı cinayətlərin sayı azdır və ümumi cinayət sayının heç bir faizini təşkil etmir. Məsələn, 2015-ci ildə 26916 cinayətdən yalnız 128-i insan alveri ilə bağlı olub.

Son xəbərlər

Orphus sistemi