Ötən il avaralıq və dilənçiliyə görə 3 199 nəfər barəsində tədbir görülüb

Ötən il avaralıq və dilənçiliyə görə 3 199 nəfər barəsində tədbir görülüb Bakı. 15 yanvar. REPORT.AZ/ “Ötən il Daxili İşlər Nazirliyinin aidiyyəti struktur qurumları və ərazi polis orqanları ilə qarşılıqlı əlaqədə Alayın patrul bölüklərinin xidmət apardığı ərazilərdə kriminogen durum bütövlükdə nəzarətdə saxlanılıb, сinayətlərin və digər hüquqpozmaların aşkarlanması və qarşısının alınması üçün paytaxtın polis orqanları ilə birgə zəruri tədbirlər görülüb”.
Daxili siyasət
15 Yanvar , 2019 15:46
Ötən il avaralıq və dilənçiliyə görə 3 199 nəfər barəsində tədbir görülüb

Bakı. 15 yanvar. REPORT.AZ/ “Ötən il Daxili İşlər Nazirliyinin aidiyyəti struktur qurumları və ərazi polis orqanları ilə qarşılıqlı əlaqədə Alayın patrul bölüklərinin xidmət apardığı ərazilərdə kriminogen durum bütövlükdə nəzarətdə saxlanılıb, сinayətlərin və digər hüquqpozmaların aşkarlanması və qarşısının alınması üçün paytaxtın polis orqanları ilə birgə zəruri tədbirlər görülüb”.

“Report” xəbər verir ki, bunu Əlahiddə Çevik Polis Alayında 2018-ci il ərzində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan əməliyyat müşavirəsində Alay komandirinin birinci müavini - Qərargah rəisi, polis polkovniki Elnur Kərimov deyib.

O qeyd edib ki, nəticədə post və marşrutlarda 32 081 nəfər, o cümlədən müxtəlif cinayətlər törətmiş 834, inzibati xətalara yol vermiş 31 247 şəxs saxlanılaraq barələrində qanunauyğun ölçülərin götürülməsi təmin edilib: “Hüquqazidd əməllərə yol verdiyinə görə saxlanılanlardan 214-ü xuliqanlıq, 247-si oğurluq, 15-i soyğunçuluq, 52-si dələduzluq, 44-ü digər cinayətlər törətmiş şəxslər olub. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Alayın şəxsi heyəti tərəfindən, ümumilikdə, 133 nəfər saxlanılıb. Bununla bərabər, xırda xuliqanlığa görə 1 298, avaralıq və dilənçiliyə görə 3.199, polisin qanuni tələbinə tabe olmadığına görə 668, qanunsuz küçə ticarəti ilə məşğul olduğuna görə 4 925, məişət səs-küyünə yol verən 888 nəfər müəyyən edilərək barələrində zəruri tədbirlər görülüb. Bütövlükdə, 2017-ci illə müqayisədə aşkarlanan cinayətlərin sayı 1,5, inzibati xətaların sayı isə 21,3 faiz çox olub”.

Son xəbərlər

Orphus sistemi