Ötən il 26 min 435 əcnəbi və vətəndaşlığı olmayan şəxs miqrasiya qanunlarını pozub

Ötən il 26 min 435 əcnəbi və vətəndaşlığı olmayan şəxs miqrasiya qanunlarını pozub 2372 nəfərin ölkə ərazisində yaşaması leqallaşdırılıb
Daxili siyasət
10 Yanvar , 2017 23:28
Ötən il 26 min 435 əcnəbi və vətəndaşlığı olmayan şəxs miqrasiya qanunlarını pozub

Bakı. 10 yanvar. REPORT.AZ/ 2016-cı il ərzində 26 min 435 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən miqrasiya qanunvericiliyi tələblərinin pozulması halı müəyyən edilib.

"Report"un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev məlumat verib.

"2016-cı il ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri daha da gücləndirilib, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma və yaşama qaydalarının pozulması halları aşkar edilərək qarşısı alınıb. Belə ki, hesabat dövründə 26 min 435 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması müəyyən olunub, onlardan əsas olduğu üçün 2372 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 18 min 540 nəfərin 48 saat ərzində ölkə ərazisini tərk etməklə, 5523 nəfərin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma və girişinə məhdudiyyət qoyulması ilə bağlı Xidmətin müvafiq qərarlarının icrası təmin olunub, qanunsuz miqrantların sayı minimuma endirilib. Hazırda vizalarının müddəti bitmiş 929 nəfər əcnəbinin Azərbaycanda qanunsuz qalması faktı müəyyən edilib və həmin şəxslərin ölkədən çıxarılması istiqamətində hüquq-mühafizə orqanları ilə birgə iş aparılır", - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi