Yuxarı

Ötən il 202 nəfərin Azərbaycan vətəndaşlığından çıxarılması ilə bağlı sənədlər məhkəməyə göndərilib

Ötən il 202 nəfərin Azərbaycan vətəndaşlığından çıxarılması ilə bağlı sənədlər məhkəməyə göndərilib

Bakı. 5 mart. REPORT.AZ/ Ötən il dini ektremist fəaliyyətlə məşğul olduqlarına görə 202 şəxsin Azərbaycanın vətəndaşlığını itirməsi ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən əsaslandırılmış rəylər hazırlanıb və baxılması üçün toplanan materiallar müvafiq məhkəməyə göndərilib.

"Report"un məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə qeyd olunub ki, hazırda qüvvədə olan readmissiya sazişlərinə əsasən ümumilikdə 1028 şəxs barəsində 488 sorğu daxil olub ki, onlardan 658 şəxs barəsində 313 readmissiya sorğusu müsbət cavablandırılıb, 370 şəxs barəsində 175 sorğuya imtina cavabı verilib.

2017-ci ildə Dövlət Miqrasiya Xidmətinə göndərilən bildirişlər əsasında Azərbaycan vətəndaşlığına mənsub olması müəyyənləşdirilən 312 şəxsin readmissiyası həyata keçirilib. Ötən il Azərbaycan vətəndaşlığına qəbul, bərpa, xitam ilə bağlı əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən, həmçinin ölkə vətəndaşlarından daxil olan 837 müraciət müvafiq qaydada araşdırılıb. Bu müraciətlərin 595-i Azərbaycan vətəndaşlığına qəbul, 14-ü Azərbaycan vətəndaşlığına bərpa, 228-i vətəndaşlıqdan çıxma məsələləri ilə bağlı olub. Əvvəlki hesabat dövründən icraatda olan sənədlərlə birlikdə 829 vəsatət (600 qəbul, 12 bərpa, 217 çıxma) Azərbaycan Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasına təqdim edilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin hesabatı Milli Məclisə təqdim olunub. Sənəd parlamentin martın 16-da keçiriləcək plenar iclasda müzakirə olunacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi