​Ötən ay Azərbaycanda 1 709 əcnəbi tərəfindən qaydalar pozulub

​Ötən ay Azərbaycanda 1 709 əcnəbi tərəfindən qaydalar pozulub 128 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb
Daxili siyasət
14 Mart , 2016 20:05
​Ötən ay Azərbaycanda 1 709 əcnəbi tərəfindən qaydalar pozulub

Bakı. 14 mart. REPORT.AZ/ Dövlət Miqrasiya Xidməti tərəfindən bu ilin fevral ayı ərzində 1709 əcnəbi tərəfindən Azərbaycan respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.

Bu barədə "Report"a qurumun mətbuat xidmətindən bildirilib.

Əcnəbilərdən 13-nün Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 128 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1240 əcnəbinin Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmələri, 328 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Ümumiyyətlə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 9377 müraciət daxil olub. Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 37104 əcnəbinin müraciəti qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi