Yuxarı

Ombudsman: “Uşaqlarla bağlı TSEK-lərə göndərişin verilməsində süni maneələr yaradılır”

Ombudsman: “Uşaqlarla bağlı TSEK-lərə göndərişin verilməsində süni maneələr yaradılır”
“Valideynlərdə ciddi narazılıq yaradan həmin məsələnin həlli zəruridir”

Bakı. 20 aprel. REPORT.AZ/ “Sağlamlıq imkanları məhdud uşaqların vəziyyətinin öyrənilməsi, onların mövcud problemlərinin həlli istiqamətində aparılan təhili və araşdırmalar zamanı məlum olub ki, bir çox hallarda müvafiq uşaq müalicə-proflaktika müəssisələrində belə uşaqların sağlamlıq imlanları məhdudluğunun müəyyən edilməsi üçün tibbi-sosial ekspert komissiyalarına (TSEK) göndərişin verilməsində süni maneələr yaradılır”.

“Report”un xəbərinə görə, bu, Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsində qeyd olunub.

Sənəddə bildirilib ki, sağlamlığında ciddi problemi olan 18 yaşadək uşaqlara müraciət olunduğu gündən 6 ay müddət tamam olmadan sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsi məqsədilə uşaq müalicə-proflaktika müəssisələri tərəfindən göndərişlərin verilməsinə baxmayaraq, bir çox hallarda TSEK-lər uşaqlara sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsindən imtina edirlər: "Buna səbəb kimi xəstəlik müddətinin 6 aydan az olması göstərilir və Nazirlər Kabinetinin 2016-cı il 30 mart tarixli, 140 saylı qərarı ilə təsdiq olunan “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydaları”nın tələbləri əsaslandırılır. Həmin qaydaların 1.31-ci bəndində TSEK-ə göndəriş verilməsi üçün əsaslardan biri kimi təsbit edilən “şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 ay) müalicədə olması və müalivə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olunması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılması” müddəası yalnız yaşı 18-dən yuxarı olan şəxslərə şamil olunduğuna görə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara tətbiq edilməsi tamamilə əsassızdır. Odur ki, valideynlərdə ciddi narazılıq yaradan həmin məsələnin həlli zəruridir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi