​Ombudsman DTX-in müvəqqəti saxlama yeri və istintaq təcridxanasına baş çəkib

​Ombudsman DTX-in müvəqqəti saxlama yeri və istintaq təcridxanasına baş çəkib Məqsəd müəssisədə saxlanılan şəxslərin hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsindən ibarət olub
Daxili siyasət
17 Avqust , 2016 18:34
​Ombudsman DTX-in müvəqqəti saxlama yeri və istintaq təcridxanasına baş çəkib

Bakı. 17 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm (MPM) qismində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən baş çəkib.

Ombudsman Aparatının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, məqsəd müəssisədə saxlanılma şəraiti və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsindən ibarət olub.

Rəftar məsələlərinin araşdırılması ilə bağlı saxlanılan şəxslərlə təkbətək qaydada görüş keçirilmiş, müraciətləri dinlənilib, hər birininə hüquqi məsləhətlər verilmiş, qanunvericiliyin tələbləri və Ombudsmanın səlahiyyətləri izah olunub.

Qəbul edilmiş şəxslər müəssisə əməkdaşlarının onlarla rəftarından, müəssisədə saxlama şəraitindən, keyfiyyətli qida, gəzinti və tibbi xidmətdən razılıqlarını bildiriblər. Başçəkmə zamanı saxlanılma şəraiti ilə yanaşı, qidalanma, ərzaq və tibbi preparatlarla təminat, habelə tibbi xidmətin vəziyyəti araşdırılıb, bu məqsədlə həmin müəssisənin yeməkxanası, ərzaq anbarı, tibb otağına, eləcə də kitabxanaya və idman zalına baxış keçirilib, müəssisədə şəraitin xeyli yaxşılaşdığı, kameraların təmir olunduğu, müasir televizor və radio ilə, həmçinin yay rejiminə keçidlə əlaqədar soyutma- havalandırma sistemi və avadanlıqları ilə təchiz olunduğu müşahidə edilib və saxlanılan şəxslər bundan razılıqlarını bildiriblər.

Yekunda müəssisə rəhbərliyi və tibbi personalla söhbətlər aparılıb, onlara müvafiq tövsiyələr verilib.

Son xəbərlər

Orphus sistemi