Ölkədə terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə qaydalarına dəyişiklik edilib

Ölkədə terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə qaydalarına dəyişiklik edilib Nazirlər Kabineti ümumi dəyişikliklərin edilməsi barədə qərar qəbul edib
Daxili siyasət
8 Oktyabr , 2016 03:08
Ölkədə terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə qaydalarına dəyişiklik edilib

Bakı. 8 oktyabr. REPORT.AZ/ Nazirlər Kabineti "Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın təsdiq edilməsi barədə” 2010-cu il 25 iyun tarixli 124 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında qərar qəbul edib.

"Report" xəbər verir ki, sənəd “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1401-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 noyabr tarixli 681 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə imzalanıb.

“Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 124 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

1. Adında və 1-ci hissədə “Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi” sözləri “barəsində sanksiya tətbiq edilməli olan” sözləri ilə əvəz edilsin.

2. Həmin qərarla təsdiq edilmiş “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası” üzrə:

2.1. adında və 2-ci hissədə “Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi” sözləri “barəsində sanksiya tətbiq edilməli olan” sözləri ilə əvəz edilsin;

2.2. aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:

“3-1. Şəxsin terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin siyahısına daxil edilməsi barədə qərardan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verilə bilər.”;

2.3. 4-cü hissədə “rəsmi dövlət qəzetində dərc olunur” sözləri “dərhal onun rəsmi internet səhifəsində yerləşdirilir” sözləri ilə əvəz edilsin;

2.4. 5.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.1. Barəsində sanksiya tətbiq edilməli olan şəxslərin, habelə bu şəxslərin sahibliyində və ya nəzarətində olan hüquqi şəxslərin, o cümlədən bu şəxslərin adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin aktivlərinin və həmin aktivlərlə əməliyyatların təxirəsalınmadan dondurulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması;”;

2.5. 8-ci (ikinci halda), 9-cu (hər iki halda), 14-cü və 19-cu hissələrdə “bəndində” sözü “hissəsində” sözü ilə əvəz edilsin;

2.6. 26-cı və 27-ci hissələr aşağıdakı redaksiyada verilsin:

“26. Azərbaycan Respublikasının ərazisində fiziki və ya hüquqi şəxslər tərəfindən istənilən aktivin terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin, habelə bu şəxslərin sahibliyində və ya nəzarətində olan hüquqi şəxslərin, o cümlədən bu şəxslərin adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin bilavasitə və ya dolayısı ilə sahibliyinə, istifadəsinə və ya sərəncamına verilməsi, bu aktivlərdən həmin şəxslər tərəfindən hər hansı bir formada mənfəət əldə edilməsinə şərait yaradılması qadağandır. Ümumi Siyahı Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi internet səhifəsində yerləşdirildiyi vaxtdan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər aktivlərin həmin şəxslərə xəbərdarlıq etmədən təxirəsalınmadan dondurulması üzrə tədbirlər görməli və bu barədə dərhal Maliyyə Bazarlarına Nəzarət Palatasına məlumat verməlidirlər.

27. Bu Qaydanın 26-cı hissəsində göstərilmiş şəxslərin aktivlərinin dondurulması üzrə tədbirlər həmin şəxslərin birbaşa və ya dolayısı ilə sərəncamında, sahibliyində və ya istifadəsində olan, yaxud həmin şəxslərin mülkiyyətində, o cümlədən ümumi mülkiyyətində (birgə və ya paylı) olan, həmin şəxslər tərəfindən idarə və ya nəzarət olunan aktivləri, habelə belə əmlak vasitəsilə əldə edilmiş digər aktivləri əhatə edir.”.

Son xəbərlər

Orphus sistemi