Bakı. 17 may. REPORT.AZ/ Prezident İlham Əliyev Oljas Süleymenovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
“Report” xəbər verir ki, sərəncamla ədəbi-ictimai fəaliyyətində Azərbaycan həqiqətlərinin təbliği işində böyük xidmətlərinə görə Oljas Süleymenov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.