Yuxarı

Noyabrda “Ümumi təhsil haqqında” qanun layihəsinin hazırlanması üçün işçi qrupu yaradılacaq

Noyabrda “Ümumi təhsil haqqında” qanun layihəsinin hazırlanması üçün işçi qrupu yaradılacaq
Bir neçə qanunun “Elm haqqında” qanuna uyğunlaşdırılması üçün müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulub
© Report

Bakı. 18 sentyabr. REPORT.AZ/ “Milli Məclisin Elm və təhsil komitəsi payız sessiyasında “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında” qanun layihələrini plenar iclasın gündəliyinə salmağı nəzərdə tutur”.

“Report” xəbər verir ki, bunu komitənin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasda deyib.

Onun sözlərinə görə, “Peşə təhsili haqqında” qanun layihəsinin plenar iclasda birinci oxunuş üçün müzakirəyə çıxarılması planşdırılır, çünki layihənin ilkin variantı tam hazırdır: “Layihəni oktyabr ayının ortalarında plenar iclasda müzakirəyə çıxara bilərik. Qanun layihəsi birinci oxunuşda müzakirədən keçəndən sonra noyabrda “Ümumi təhsil haqqında” qanun layihəsinin hazırlanması üçün işçi qrupu yaradılacaq və materiallar toplanılacaq”.

İ.Həbibbəyli qeyd edib ki, bir neçə qanunun “Elm haqqında” qanuna uyğunlaşdırılması üçün müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi