Novruz Məmmədov: “Son zamanlar Azərbaycan ilə İran arasında mühüm iqtisadi layihələr icra olunur”

Novruz Məmmədov: “Son zamanlar Azərbaycan ilə İran arasında mühüm iqtisadi layihələr icra olunur” Bakı. 4 iyun. REPORT.AZ/ Azərbaycanın Baş naziri Novruz Məmmədov İran İslam Respublikası Prezidenti Aparatının rəhbəri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Daxili siyasət
4 İyun , 2018 12:57
Novruz Məmmədov: “Son zamanlar Azərbaycan ilə İran arasında mühüm iqtisadi layihələr icra olunur”
0 : 00
0 : 00

Bakı. 4 iyun. REPORT.AZ/ Azərbaycanın Baş naziri Novruz Məmmədov İran İslam Respublikası Prezidenti Aparatının rəhbəri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Report”un xəbərinə görə, N.Məmmədov son zamanlar Azərbaycan ilə İran arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdiyini qeyd edib. Bunun ölkələrin əlaqələrinin yüksək səviyyədə olduğunu göstərdiyini vurğulayan Baş nazir əlavə edib ki, son zamanlar Azərbaycan ilə İran arasında mühüm iqtisadi layihələr icra olunur: “Bütün dünyada qeyri-sabitliyin mövcud olduğu hazırkı dövrdə bu, təqdirəlayiqdir. Ölkələrimiz arasında tarixi əlaqələr var. Bizim adət-ənənələrimiz oxşardır. İran İslam Respublikası Prezidenti Aparatının rəhbərinin Azərbaycana səfəri böyük əhəmiyyət daşıyır. Bu səfər ölkələrimiz arasında münasibətlərin inkişafına öz töhfəsini verəcək”.

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyətinə toxunan Novruz Məmmədov bu ilin martında Neftçala Sənaye Məhəlləsində fəaliyyətə başlayan “Xəzər” avtomobil zavodunun Azərbaycan ilə İranın birgə uğurlu iqtisadi layihəsi olduğunu vurğulayıb.

Mahmud Vaezi Novruz Məmmədovu Baş nazir təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Qeyd edib ki, ölkələr arasında kənd təsərrüfatı, nəqliyyat, energetika, sənaye, turizm, ticarət və digər sahələrdə əlaqələrin inkişafı üçün geniş potensial var. “Azərbaycan xalqı yenidən İlham Əliyevə etimad göstərərək onu Prezident seçdi və biz buna görə çox şadıq. Həm İranda, həm də Azərbaycanda Nazirlər Kabineti yenidən formalaşıb. İnanırıq ki, bu, qarşılıqlı münasibətlərin inkişafına töhfə verəcək. Ölkələrimiz arasında əlaqələr nə qədər inkişaf etsə bu, hər iki xalqın xeyrinədir”, - İran Prezidenti Aparatının rəhbəri qeyd edib.

Son xəbərlər

Orphus sistemi