Bakı. 28 sentyabr. REPORT.AZ/ Baş nazir Novruz Məmmədov “Əməliyyat-axtarış prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin növlərinin Siyahısının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli 139-6 nömrəli qərarının məxfiliyi açılması barədə qərar imzalayıb.
“Report”un xəbərinə görə, qərar həmin qərarın məxfiliyinin açılması barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin Prezident yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya ilə razılaşdırılmış təklifinə əsasən verilib.