Növbədənkənar parlament seçkilərində iştirak edəcək siyasi partiyaların sayı 20-yə çatıb

Növbədənkənar parlament seçkilərində iştirak edəcək siyasi partiyaların sayı 20-yə çatıb Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 20-yə çatıb.
Daxili siyasət
26 Dekabr , 2019 17:00
Növbədənkənar parlament seçkilərində iştirak edəcək siyasi partiyaların sayı 20-yə çatıb

Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 20-yə çatıb.

“Report” xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında daha 1 partiyanın – Vətəndaş və İnkişaf Partiyasının səlahiyyətli nümayəndəsi qeydə alınıb.

Qeyd edək ki, bundan əvvəl 19 siyasi partiyanın – Yeni Azərbaycan Partiyasının, Ümid Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyasının, Vahid Azərbaycan Partiyasının, Ana Vətən Partiyasının, Azərbaycan Təkamül Partiyasının, Müsavat Partiyasının, Azərbaycan Sosial Rifah Partiyasının, Vəhdət Partiyasının, Demokratik İslahatlar Partiyasının, Azərbaycan Liberal Demokrat Partiyasının, Azərbaycan Demokratik Maarifçilik Partiyasının və Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınmışdı.

Son xəbərlər

Orphus sistemi