Yuxarı

Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif edilib

Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Azərbaycan Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə Nizami Qulu oğlu Cəfərov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, sabah N.Cəfərovun 60 yaşı tamam olur. O, 1959-cu ilin sentyabrın 21-də Ağstafa rayonunun Zəlimxan kəndində anadan olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi