Yuxarı

Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər Xiyabanını ziyarət edib

Nazirliyin rəhbərliyi məzarlar üzərinə gül dəstələri qoyublar

Bakı. 20 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib.

"Report" xəbər verir ki, hərbi qulluqçular Vətənin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi