Maliyyə Nazirliyi Bakı “Lifttəmir” İstehsalat Birliyində yoxlamalara başlayıb

Maliyyə Nazirliyi Bakı “Lifttəmir” İstehsalat Birliyində yoxlamalara başlayıb Bakı. 15 yanvar. REPORT.AZ/ “Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin sabiq direktoru Qüdrət Şükürov barəsində araşdırmalar davam etdirilir”.
Daxili siyasət
15 Yanvar , 2019 11:09
Maliyyə Nazirliyi Bakı “Lifttəmir” İstehsalat Birliyində yoxlamalara başlayıb
Report/ Firi Salim

Bakı. 15 yanvar. REPORT.AZ/ “Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin sabiq direktoru Qüdrət Şükürov barəsində araşdırmalar davam etdirilir”.

“Report” xəbər verir ki, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2018-ci ildə görülən işlərə dair mətbuat konfransında deyib.

O qeyd edib ki, həmin qurumda Maliyyə Nazirliyi də yoxlamalar aparır: “Biz buna ehtiyac hiss etdik. Hazırda araşdırmalar davam etdirilir”.

Xatırladaq ki, Q.Şükürov ötən ilin oktyabrında vəzifəsindən azad edilib. Barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi