Yuxarı

Nazirlər Kabinetinin xarici ticarət fəaliyyətini tənzimləyən aktların qüvvəyə minməsi müddəti artırılıb

​Nazirlər Kabinetinin xarici ticarət fəaliyyətini tənzimləyən aktın qü

Nazirlər Kabineti 2012-ci il 11 aprel tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının rəsmi dərc edilməsi Qaydası”na dəyişiklik edib.

"Report" xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə daha artıq müddət müəyyən edilməyibsə, Nazirlər Kabinetinin xarici ticarət fəaliyyətini tənzimləyən aktında onun dərc edildiyi gündən ən azı 30 gün sonra qüvvəyə mindiyi göstərilməlidir. 

Müstəsna hallarda, beynəlxalq təşkilatların dərhal məlumatlandırılması şərtilə, Nazirlər Kabinetinin xarici ticarət fəaliyyətini tənzimləyən aktı onda nəzərdə tutulmuş müddətdə qüvvəyə minə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi