Yuxarı
    Bağlamaq

    Nazirlər Kabinetinin şöbələrinin sayı 15-dən 10-a endirilib

    Baş nazirin Katibliyinin rəisi vəzifəsi vakantdır

    Bakı. 4 iyun. REPORT.AZ/ Nazirlər Kabinetinin (NK) yeni strukturu təsdiqlənib.

    “Report”un əldə etdiyi məlumata görə, NK-nın şöbələrinin sayı 15-dən 10-a endirilib.

    Üç şöbə (Kənd təsərrüfatı məsələləri şöbəsi, Ekologiya məsələləri şöbəsi və Regionların inkişafı məsələləri şöbəsi) birləşdirilərək Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsi yaradılıb.

    Kənd təsərrüfatı şöbəsinin müdiri Əli Məmmədov və Regionların inkişafı söbəsinin müdiri Nizami Mustafayev pensiya yaşlarına çatmaları ilə əlaqədar öz ərizələrinə əsasən tutduqları vəzifədən azad olunublar. Ekologiya məsələləri şöbəsinin müdiri Zemfira Sairbəyzadə yeni yaradılan Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsi müdirinin müavini təyin edilib.

    Neft və kimya məsələləri şöbəsi Sənaye və energetika məsələləri şöbəsinə birləşdirilib, şöbə müdiri Əsgər Aslanov şöbə müdirinin müavini təyin olunub. Beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsi Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinə birləşdirilib və şöbə müdiri Nail Fətəliyev həmin şöbənin müdir müavini vəzifəsinə təyin edilib.

    Qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsi Humanitar və sosial məsələlər şöbəsinə birləşdirilib, şöbə müdiri Qurban Sadıqovhəmin şöbəyə müdir müavini təyin olunub.

    Beləliklə, hazırda Nazirlər Kabinetinin Aparatındakı şöbələrə aşağıdakı müdirlər rəhbərlik edirlər:

    Nazirlər Kabineti Aparatının rəhbəri - Ağabala Hacıyev

    Nazirlər Kabineti aparatının rəhbərinin müavini - təyinat yoxdur

    Baş nazir Katibliyinin rəisi – təyinat yoxdur

    Baş nazirinin köməkçisi - Natiq Əzizov

    Baş nazirinin köməkçisi - Tofiq Sarıcalinski

    Baş nazirinin köməkçisi - Sabir Bayramov

    Hüquq şöbəsinin müdiri -Günəş Vəliyeva

    Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinin müdiri - Şahin Sadıqov

    Humanitar və sosial məsələlər şöbəsinin müdiri - Musa Ələkbərov

    Beynəlxalq əlaqələr şöbəsinin müdiri -Ağadayı Ağayev

    Sənaye və energetika məsələləri şöbəsinin müdiri - Elşən Hacızadə

    Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsini - təyinat yoxdur

    Təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri - Qulu İmanquliyev

    Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri - Şahin Salahov

    Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri - Vəfa Əliyeva

    Mətbuat xidmətinin rəhbəri - Akif Əli

    İşlər müdiri - Süleyman Şəfiyev

    Azərbaycanın Baş naziri Novruz Məmmədovdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi