Yuxarı

Nazirlər Kabineti: 24 milyondan artıq tibbi maska satışa çıxarılıb

​Nazirlər Kabineti: Yumşalma mərhələsində maskaya tələbat artıb

“Xüsusi karantin rejimi yumşaldılandan sonra maskalara diqqət artıb”.

"Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“24 milyondan artıq tibbi maska satışa çıxarılıb. Fevralın ortalarından indiyədək 18 milyon maska satılıb. Hazırda 6 milyon ehtiyat maskamız var. Ayın sonunadək 10 milyon civarında maska idxal olunacaq”, - o bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi