Yuxarı

Nazirlər Kabineti, Sahibkarlar Təşkilatlarının Milli Konfederasiyası və AHİK arasında baş kollektiv saziş bağlanıb

Nazirlər Kabineti, Sahibkarlar Təşkilatlarının Milli Konfederasiyası və AHİK arasında baş kollektiv saziş bağlanıb
Saziş 2018-2019-cu illər üçün nəzərdə tutulub

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2018-2019-cu illər üçün Baş Kollektiv Saziş bağlanıb.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında deyilir.

Saziş baş nazir Artur Rasi-zadə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbaliyev və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının prezidenti Məmməd Musayev imza atıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi