Bakı. 5 dekabr. REPORT.AZ/ Prezident
“Report”un xəbərinə görə, sərəncamla Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Ağa-Bala Şamxal oğlu Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, A.Hacıyev 2003-cü ilin sentyabrından 2018-ci ilin dekabr ayına qədər Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsində çalışıb.