Yuxarı

Nazir müavini: "Azərbaycanda məhkəmə sisteminin müstəqilliyi təmin edilir"

Nazir müavini: "Azərbaycanda məhkəmə sisteminin müstəqilliyi təmin edilir"

"Azərbaycanda məhkəmə sisteminin müstəqilliyi təmin edilir. Bunun üçün qanunverici baza da təkmilləşdirilir".

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının və Avropa Şurasının Birgə Proqramı olan “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” adlı yeni layihənin təqdimat mərasimində ədliyyə nazirinin müavini Azər Cəfərov deyib.

A.Cəfərov qeyd edib ki, hökumət islahatları həyata keçirərkən Avropa dövlətlərinin təcrübəsinə istinad edir.

Nazir müavini bildirib ki, yeni layihənin müddəaları Azərbaycan Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmanı ilə üst-üstə düşür: "Azərbaycan hökuməti bu istiqamətdə addımlar atmağa hazırdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi