Bakı. 30 iyun.
“Report”un xəbərinə görə, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.
Onun sözlərinə görə, Azərbaycan bu sahədə nadir ölkələrdəndir və post-sovet ölkələri arasında birincidir: "Azərbaycan bu sahədə Gürcüstandan da xeyli irəlidədir. Meşə örtüyü çox az ölkələrdə təbiidir. Bir çox ölkələrdə meşələşmə hətta azalma ilə davam edir”.
Nazir deyib ki, Azərbaycanda mühafizə olunan ərazi 1 milyon hektarı keçib: “Bu, ölkəmiz üçün nailiyyətdir. Meşələr kifayət qədər yaxşı mühafizə olunurlar”.
H.Bağırov qeyd edib ki, insanlar təbiəti qorumaqda maraqlı olmalıdırlar: “Bu gün bir hektarda 47 qoyunun otarıldığı rayonlar var. Buna torpaq dözərmi?! Əslində, bir hektarda 2-3 qoyun saxlanıla bilər. Bu, sovet dövründə də belə idi”.
Nazir, həmçinin vurğulayıb ki, Azərbaycanda su ehtiyatı nisbətən az olduğundan qənaətlə istifadə olunur.