114 gəncin daxili işlər orqanlarında xidmətə qəbuluna razılıq verilib

114 gəncin daxili işlər orqanlarında xidmətə qəbuluna razılıq verilib Ramil Usubov onların sənədlərinin hazırlanması üçün göstəriş verib
Daxili siyasət
25 Aprel , 2015 16:14
114 gəncin daxili işlər orqanlarında xidmətə qəbuluna razılıq verilib

Bakı. 25 aprel. REPORT.AZ/ Daxili işlər naziri, general-polkovnik Ramil Usubov aprelin 25-də Göyçay Rayon Polis Şöbəsində polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbulda Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Göyçay, İsmayıllı, Kürdəmir, Şamaxı, Ucar şəhər və rayonlarından olan sakinlərin və bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərin bir qrupu iştirak edib.

Nazir vətəndaşları şəxsən dinləyib, onları narahat edən problemlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb.Eyni zamanda, kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq, həmin şəhər və rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində və Daxili Qoşunların sıralarında xidmət etmək istəyən 770 nəfər də qəbulda iştirak edib. Onların arasından xidmətə daha yararlı və hazırlıqlı 114 gənc seçilərək sənədlərinin hazırlanması üçün aidiyyatı baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib.

Son xəbərlər

Orphus sistemi