Naxçıvanın təhsil naziri vəzifəsindən kənarlaşdırılıb

Naxçıvanın təhsil naziri vəzifəsindən kənarlaşdırılıb Vasif Talıbov bununla bağlı müvafiq sərəncam imzalayıb
Daxili siyasət
17 Fevral , 2016 22:22
Naxçıvanın təhsil naziri vəzifəsindən kənarlaşdırılıb

Bakı. 17 fevral. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev vəzifəsindən azad edilib.

"Report" xəbər verir ki, muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı müvafiq sərəncam imzalayıb.

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: Piri Abbas oğlu Nağıyev Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilsin", - deyə sərəncamda bildirilir.

Son xəbərlər

Orphus sistemi