Naxçıvanın Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə direktor təyin edilib

Naxçıvanın Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə direktor təyin edilib Bakı. 27 aprel. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikanın Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin direktoru təyin edilməsi haqqında fərman imzalayıb.
Daxili siyasət
27 Aprel , 2018 21:46
Naxçıvanın Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə direktor təyin edilib

Bakı. 27 aprel. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikanın Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin direktoru təyin edilməsi haqqında fərman imzalayıb.

"Report"un məlumatına görə, fərmana əsasən Bəxtiyar Məmməd oğlu İsmayılov Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin direktoru təyin edilib.

Qeyd edək ki, Ali Məclis sədrinin bu gün imzaladığı sərəncamla Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əsasında Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.

Bəxtiyar İsmayılov bundan əvvəl Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi