Naxçıvanda ictimai asayişin qorunmasında vətəndaşların iştirakı qaydası təsdiqlənib

Naxçıvanda ictimai asayişin qorunmasında vətəndaşların iştirakı qaydası təsdiqlənib Ali Məclisin sədri Vasif Talıbov bununla bağlı fərman imzalayıb
Daxili siyasət
15 Aprel , 2016 21:53
Naxçıvanda ictimai asayişin qorunmasında vətəndaşların iştirakı qaydası təsdiqlənib

Bakı. 15 aprel. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında “İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası” təsdiqlənib.

“Report”un xəbərinə görə, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı fərman imzalayıb.

Bu qayda cəmiyyətdə polis-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədi ilə hazırlanıb və vətəndaşların ictimai asayişin qorunmasında iştirakı, habelə polis orqanları tərəfindən vətəndaşların könüllülük əsasında ictimai asayişin təmin olunması işinə cəlb edilməsi qaydalarını müəyyən edir.

İctimai asayişin qorunmasında vətəndaşların iştirakı könüllülük, qanunçuluq, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin üstünlüyü, insanların şərəf və ləyaqətinə hörmət, müvafiq dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq və polis orqanlarının səlahiyyətlərinin əvəzlənməsinin yolverilməzliyi prinsiplərinə əsaslanır.

Naxçıvan Daxili İşlər Nazirliyi polis orqanları ilə əməkdaşlıq edən şəxsləri həvəsləndirmə qaydasında mükafatlandıra bilər. Polis orqanları ilə əməkdaşlıq edən şəxslər xüsusi xidmətlərinə, göstərdikləri fədakarlıq və cəsarətə görə dövlət təltiflərinə təqdim edilə bilərlər.

Son xəbərlər

Orphus sistemi