Yuxarı

Naxçıvanda Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb

Naxçıvanda Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb
Bu barədə Ali Məclisinin sədri Vasif Talıbov fərman imzalayıb

Bakı. 14 fevral. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb.

“Report” xəbər verir ki, bu barədə NMR Ali Məclisinin sədri Vasif Talıbov fərman imzalayıb.

Qərar muxtar respublikanın avtomobil yolları sahəsində idarəetməni daha da təkmilləşdirmək və həyata keçirilən işlərin səmərəliliyini artırmaq məqsədilə qəbul olunub.

Sənəddə bildirilir ki, “Naxavtoyol” Dövlət Şirkətinin əsasında NMR Avtomobil Yolları Dövlət Agentliyi yaradılsın, həmçinin “Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi haqqında Əsasnamə” təsdiq edilsin və Naxçıvanın Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi