Yuxarı

Naxçıvanda 9 məhkum əfv olunub

Naxçıvanda 9 məhkum əfv olunub

Bakı. 25 may. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında 9 məhkum əfv olunub.

"Report"un məlumatına görə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və ümumilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə bir qrup məhkumun ailə üzvləri və yaxınlarının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə müraciətlərinə əsasən 5 nəfər məhkum cəzadan vaxtından əvvəl azad olunub. 

Bundan əlavə, 4 nəfər məhkumun isə cəzası daha yüngül cəza növü ilə əvəz edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi