Naxçıvan Ombudsmanı 2015-ci il üzrə hesabatını açıqlayıb

Naxçıvan Ombudsmanı 2015-ci il üzrə hesabatını açıqlayıb 28 müraciət baxılmaq üçün icraata qəbul edilib
Daxili siyasət
24 Dekabr , 2015 08:39
Naxçıvan Ombudsmanı 2015-ci il üzrə hesabatını açıqlayıb

Bakı. 24 dekabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) ünvanına 2015-ci ildə yazılı, şifahi və elektron formada 103 müraciət daxil olub. Daxil olan müraciətlərin 33-ü şikayət, 70-i isə ərizədir.

“Report”un məlumatına görə, müvəkkilin səlahiyyətlərinə aid olmaması səbəbindən 5 şikayətə baxılmasından imtina edilib, 28 müraciət baxılmaq üçün icraata qəbul edilib, onlardan 12-si isə təmin edilib.

Bundan başqa, 16 şikayətə baxılması zamanı hüquq pozuntusu aşkar edilməyib. Naxçıvan Ali Məclisi sədrinin təşəbbüsü ilə 2015-ci ildə muxtar respublikanın Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyində olan cəzaçəkmə müəssisələrində 7 məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilib, 5 məhkum barəsində isə cəzanın növünün dəyişdirilməsi tətbiq edilib. Müvəkkil Preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu orqanlar üzrə, ümumilikdə, 28 müəssisədə mütəmadi olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən 111 başçəkmə həyata keçirib, Preventiv mexanizmin fəaliyyəti ilə bağlı maarifləndirmə tədbirlərində 1578 nəfər iştirak edib.

Son xəbərlər

Orphus sistemi