Nadir Mirzəyev: "Sumqayıtda ermənilərin zorakılığına məruz qalan erməniləri azərbaycanlı qonşuları xilas ediblər"

Nadir Mirzəyev: "Sumqayıtda ermənilərin zorakılığına məruz qalan erməniləri azərbaycanlı qonşuları xilas ediblər" Bakı. 22 fevral. REPORT.AZ/ “1991-ci ilin avqust ayında Moskvada baş verən dövlət çevrilişinə cəhd faktına dair başlanmiş cinayət işi üzrə yaradılan istintaq qrupunun üzvləri SSRİ daxili işlər naziri Boris Puqonun xidməti otağında axtarış apararkən rəflərdəki sənədlərin arasında məshəti türklərinin Özbəkistandan qovulması, Dağlıq Qarabağ və digər hadisələrlə əlaqədar ayrı-ayrı qovluqların olması müəyyən edilib”.
Daxili siyasət
22 Fevral , 2018 10:42
Nadir Mirzəyev: Sumqayıtda ermənilərin zorakılığına məruz qalan erməniləri azərbaycanlı qonşuları xilas ediblər
Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin böyük müstəntiqi Nadir Mirzəyev / Report/ Elchin Murad

Bakı. 22 fevral. REPORT.AZ/ “1991-ci ilin avqust ayında Moskvada baş verən dövlət çevrilişinə cəhd faktına dair başlanmiş cinayət işi üzrə yaradılan istintaq qrupunun üzvləri SSRİ daxili işlər naziri Boris Puqonun xidməti otağında axtarış apararkən rəflərdəki sənədlərin arasında məshəti türklərinin Özbəkistandan qovulması, Dağlıq Qarabağ və digər hadisələrlə əlaqədar ayrı-ayrı qovluqların olması müəyyən edilib”.

“Report”un xəbərinə görə, bunu “Sumqayıt hadisələri” ilə bağlı yaradılan istintaq-əməliyyat qrupunun üzvü, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Nadir Mirzəyev Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında istintaq zamanı müəyyən edilən hallarla bağlı danışarkən deyib.

N.Mirzəyev qeyd edib ki, onlar vərəqlənərkən Dağlıq Qarabağda fəaliyyət göstərən “Krunk” təşkilatı, onların üzvləri, Qarabağla bağlı hadisələr barədə SSRİ Daxili İşlər Nazirliyinə (DİN) ilk günlərdən məlumatların daxil olduğu müəyyən edilib: “Bu məlumatlar həm Ermənistan və Azərbaycan daxili işlər nazirliklərinin arayışlarından, həm də SSRİ DİN-nin müvafiq idarələrin məlumatlarından ibarət idi. Bəlli olub ki, baş verən bütün hadisələr barədə SSRİ rəhbərliyinin ilk günlərdən məlumatı olub, lakin məqsədli şəkildə hərəkətsizliyə yol verilib. Kütləvi iğtişaşlar zamanı hərbçilər və qeyrilərinin hərəkətləri nəticəsində D.Xudatov, D.Orucov, Y.Qasımov S. Əliyev və V.Babayevin həlak olmaları faktına görə başlanaraq istintaqı aparılıb icraatına Bakı Qarnizonu Hərbi prokuororluğu tərəfindən 30.12.1988-ci il tarixdə xitam verilən cinayət işi də hazırkı 60206 №-li işə birləşdirilməklə istintaqı davam etdirilib. Müəyyən edilib ki, ekstremist ideyalar daşıyıcısı olan Bakı şəhər sakini, milliyyətcə erməni olan Valeri Markaryan əsgərləri Sumqayıt şəhərinə gətirib və şəraitdən istifadə edərək yüksək təhlükə mənbəyi olan avtobusu küçədə dayanan dinc sakinlərin üstünə sürərək 5 nəfər azərbaycanlını qəsdən öldürüb. Valeri Markaryanın Sumqayıt şəhərində fəaliyyət göətərən ekstremist millətçi ermənilərlə əlaqələri müəyyən edilib”.

Onun sözlərinə görə, istintaqla həmçinin müəyyyən edilib ki, Sumqayıt şəhərində törədilən kütləvi iğtişaş zamanı çoxsaylı erməni ailələrinin üzvləri onların azərbaycanlı qonşuları və tanışları tərəfindən öz mənzillərində gizlədilməklə basqın, talan və digər zorakılıq təhlükəsindən xilas olubla: “Həmin dövrd Ermənistanın Daşnak-kommunist dairələrinin “vəhşi, qan içən azərbaycanlı” obrazını yaratmağa hesablanmış təbliqat cəhdlərinin əksinə olaraq Sumqayıt şəhərində məhz ermənilərin zorakılığına məruz qalan ermənilər öz azərbaycanlı qonşuları tərəfindən xilas ediliblər. Bu faktlar cinayət işinin materialları ilə yanaşı məhkəmələrin, o cümlədən Rusiya Federasiyasının məhkəmələrinin xüsusi qərardadlarında öz əksini tapıb”.

Son xəbərlər

Orphus sistemi