Müstəntiq: "SSRİ dövründə Sumqayıt hadisələrinin sifarişçilərinin və təşkilatçılarının müəyyən edilməsi istiqamətində istintaq aparılmayıb"

Müstəntiq: "SSRİ dövründə Sumqayıt hadisələrinin sifarişçilərinin və təşkilatçılarının müəyyən edilməsi istiqamətində istintaq aparılmayıb" Bakı. 22 fevral. REPORT.AZ/ “SSRİ Baş Prokurorluğunun istintaq qrupuna daxil edilmiş Azərbaycan Respublikası hüquq mühafizə orqanlarının əməkdaşlarının ifadələrindən görünür ki, iş üzrə əsas istintaq hərəkətlərini SSRİ Baş Prokurorluğu, həmçinin Rusiya Federasiyası, Ukrayna, Belorusiyanın müxtəlif vilayətlərindən dəvət olunan müstəntiqlər icra edib, aparılan istintaq hərəkətlərindən onlar belə nəticəyə gəliblər ki, Sumqayıt hadisələrini ermənilər və xarici dövlətlərin xüsusi xidmət orqanları təşkil edib”
Daxili siyasət
22 Fevral , 2018 10:44
Müstəntiq: SSRİ dövründə Sumqayıt hadisələrinin sifarişçilərinin və təşkilatçılarının müəyyən edilməsi istiqamətində istintaq aparılmayıb
Report/ Elchin Murad

Bakı. 22 fevral. REPORT.AZ/ “SSRİ Baş Prokurorluğunun istintaq qrupuna daxil edilmiş Azərbaycan Respublikası hüquq mühafizə orqanlarının əməkdaşlarının ifadələrindən görünür ki, iş üzrə əsas istintaq hərəkətlərini SSRİ Baş Prokurorluğu, həmçinin Rusiya Federasiyası, Ukrayna, Belorusiyanın müxtəlif vilayətlərindən dəvət olunan müstəntiqlər icra edib, aparılan istintaq hərəkətlərindən onlar belə nəticəyə gəliblər ki, Sumqayıt hadisələrini ermənilər və xarici dövlətlərin xüsusi xidmət orqanları təşkil edib”

“Report”un xəbərinə görə, bunu “Sumqayıt hadisələri” ilə bağlı yaradılan istintaq-əməliyyat qrupunun üzvü, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Nadir Mirzəyev Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında istintaq zamanı müəyyən edilən hallarla bağlı danışarkən deyib.

İstintaq-əməliyyat qrupunun üzvünün sözlərinə görə, istintaq qrupunun rəhbərləri cinayətin sifarişçilərinin və təşkilatçılarının müəyyən edilməsi istiqamətində demək olar ki, istintaq hərəkətləri aparmayıb, onların ifşa olunmasında maraqları olmayıb və buna görə də əsas cinayətin icraçıları barəsində işlərin tezliklə tamamlanıb məhkəməyə göndərilməsini tələb edib, Azərbaycan milliyyətindən olan müstəntiqləri əsas istintaq hərəkətlərinin icrasından kənarda saxlamağa çalışıblar, onlar əsasən texniki işlərin aparılması ilə məşğul olublar: “İstintaqla müəyyən edildiyi kimi, Sumqayıt şəhərinin keçmiş güc strukturlarının əməkdaşları faktiki olaraq Sumqayıt hadisələrinin istintaq və əməliyyat yolu ilə təhqiqindən kənarlaşdırılsalar da, özlərinin apardıqları təhlillərlə müəyyən ediblərki, şəhərdə özlərini “Qafandan qovulmuş azərbaycanlılar” kimi təqdim edən 20-25 nəfərdən ibarət təxribat qrupu fəaliyyət göstərir. Bu barədə onlara hətta bəzi zərərçəkmiş ermənilər də məlumat veriblər. Həmin məlumatlar SSRİ Baş Prokurorluğunun istintaq-əməliyyat qrupuna çatdırılsa da, naməlum səbəblərdən onların yoxlanılması təşkil edilməmiş və nəticəsiz qalıb. Həmçinin müəyyən edilib ki, həmin vaxt şəhərdə gedən mitinqlərdə şəhər sakinləri olmayan şəxslər çıxış edərək özlərini Ermənistandan qaçqın düşmüş azərbaycanlılar kimi təqdim etmiş və erməniləri şəhərdən qovmağa çağırıb, öz aralarında isə erməni dilində danışıblar. Sumqayıt şəhərində törədilmiş kütləvi iqtişaş ərəfəsində Ermənistanın dövlət qeydiyyat nömrəsi altında bir neçə avtomaşının olması, həmçinin Sumqayıt və Bakı şəhərində yerləşən mehmanxanalarda çoxsaylı erməni millətindən olan adamların qaldıqları, iqtişaşdan sonra dərhal çıxıb getdikləri müəyyən edilib. Həmçinin müəyyən edilib ki, Sumqayıt şəhərində yaşayan ermənilər özlərinə məxsus evləri və əmlakı təxribat məqsədilə özləri yandırmağa cəhd göstərərək bunun günahını azərbaycanlılarının boynuna atmaq istəyiblər. İstintaq zamanı həmçinin baş vermiş kütləvi iğtişaşların olacağı barədə Sumqayıt şəhərində yaşayan ermənilənin bu hadisələrə qədər məlumatların olduğu müəyyən edilib”.

N.Mirzəyev qeyd edib ki, istintaqla həmçinin müəyyən kütləvi iğtişaş ərəfəsində Sumqayıt şəhərinin müxtəlif yerlərində, binaların üzərində video çəkiliş aparılması üçün hazırlanmış xüsusi avadanlıqlar (videokameranının yerləşdirilməsi üçün ştativlər və sair) yerləşdirildiyi, iğtişaş zamanı erməni milliyyətli sakinlərə məxsus evlərin qarət edildiyi, qadının küçədə çılpaq vəziyyətdə hərəkəti prosesləri özünü erməni kimi təqdim edən şəxs tərəfindən sovet hərbçilərinin razılığı ilə videogörüntüyə alınması müəyyən edilib: “Bu faktlar da Sumqayıt şəhərində kütləvi iğtişaşın erməni millətçiləri və keçmiş SSRİ-nin onları dəstəkləyən rəhbər dairələrinin təxribatçıları tərəfindən əvvəlcədən hazırlanaraq həyata keçirildiyini və azərbaycanlıların vəhşi obrazını yaratmaq niyyətini daşıdığını bir daha təsdiq edir”.

Son xəbərlər

Orphus sistemi