Müsavatın təşkilat sədrinin müavini partiya sıralarından istefa verib

Müsavatın təşkilat sədrinin müavini partiya sıralarından istefa verib Fəzli Mehdiyev bunu partiya daxilində baş verənlərlə əlaqələndirib
Daxili siyasət
23 May , 2017 08:58
Müsavatın təşkilat sədrinin müavini partiya sıralarından istefa verib

Bakı. 23 may. REPORT.AZ/ Müsavat Partiyasının Suraxanı rayon təşkilatının sədr müavini Fəzli Mehdiyev partiya sıralarından istefa verib.

Bu barədə "Report"a F.Mehdiyev özü məlumat verib.

O, istefasının səbəbini partiya daxilində baş verənlərlə əlaqələndirib:

"Müsavat Partiyası daxilində aparılan siyasətə, saxtakarlığa etiraz əlaməti olaraq istefa verirəm".

Qeyd edək ki, F.Mehdiyev Müsavat Partiyasının 2014-cü ildə keçirilən qurultayında hazırkı Müsavat başqanı Arif Hacılını dəstəkləyib.

Son xəbərlər

Orphus sistemi